Almaniyada feyk xəbərlərlə mübarizə aparılacaq

  

Almaniya Nazirlər Kabinetinin hazırladığı və əcnəbi sərmayədarların alman şirkətlərinin paylarını əldə etməsini çətinləşdirən qanun layihəsi AFR hökumətinin çərşənbə günü keçiriləcək növbəti iclasında təsdiq olunacaq.


LİVE.az-ın məlumatına görə, AZƏRTAC bu barədə “Handelsblatt” nəşrinə istinadla xəbər verir.


Qanun layihəsi ilə əldə edilən şirkət paylarının maliyyə həcminin azaldılması nəzərdə tutulur. Qeyd olunur ki, bu həcmin 25 faizdə 10 faizə endirilməsi və bağlanmış kontraktın ciddi şəkildə yoxlanılması nəzərdə tutulur. Bu səviyyə Almaniyanın iqtisadiyyat naziri Peter Altmayerin təklif etdiyi rəqəmdən – 15 faizdən də azdır.


Yeni qanun layihəsi ilə tətbiq olunacaq qaydalar müdafiə sənayesi, həmçinin strateji əhəmiyyətli sahələr – elektrik enerjisi tədarükü, qida sənayesi və KİV-ə aiddir.


Almaniya hökuməti bu yenilikləri onunla əsaslandırır ki, xarici sərmayəçilər alman KİV-dən feyk informasiyaların yayılması, firmalarda iştirakından isə məxfi məlumatların əldə edilməsi məqsədilə istifadə edə bilərlər.
Şərhlər
Dünya bölməsinin xəbərləri