DİM sədri: "Azərbaycanın bəzi bölgələrindəki məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur"
- 20.12.2018, 15:37,
- Cəmiyyət / Əsas
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Regionlarda 9-cu sinifi bitirən qızların imtahanda iştirakı oğlanlardan azdır. Qızlar daha çox 9-cu sinifdən sonra məktəbi tərk edirlər".
LIVE.az report-a istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"da deyib.
O bildirib ki, əvvəllər orta məktəbdə təhsilini yarımçıq saxlayanlar arasında imtahanda yaxşı nəticə göstərən qızlar da olurdu, amma son illər 9-cu sinifdən sonra məktəbdən çıxan qızlar əsasən buraxılış imtahanlarında aşağı nəticə qazananlardır: "Burda valideynlərin yanaşması da rol oynayır".
DİM sədrinin sözlərinə görə, Azərbaycanın elə bölgələri var ki, orda məktəbdə oğlanların sayı azdır: "Elə regionlar var ki, orada məktəblərin yuxarı siniflərində oğlanlar yoxdur".