Dağlıq Qarabağın Azərbaycanlı İcmasına yeni sədr seçilib




“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin II qurultayı keçirilib.

Qurultayda birliyin (icmanın) yeni İdarə Heyəti təsdiqlənib.

Həmçinin qurultayın qərarına əsasən, Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşı Tural Gəncəliyev icmanın sədri, Asif Cahangirov və Elçin Əhmədov isə sədr müavinləri vəzifəsinə seçiliblər.

Qeyd edək ki, indiyədək birliyin sədri vəzifəsini Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tuturdu.


“Report”
Şərhlər
Sosial bölməsinin xəbərləri