Rusiya Azərbaycandan keçən bir sıra daşımalar üzrə tarifləri azaldacaq
- 22.12.2018, 14:04,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Rusiya Dəmir Yolları” 2019-2020-ci illərdə Azərbaycana qara metal və taxıl daşımaları tarifini 50 faiz azaldacaq.
LİVE.az-ın xəbərinə görə, bu barədə Trend şirkətə istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, söhbət Şimali Qafqaz dəmir yolunun “Samur” ötürmə stansiyasında keçməklə Böyük Kəsik – Qardabani (Gürcüstan) yolu ilə daşınan yüklərdən gedir.
Şirkətdən bildiriblər ki, tariflərin formalaşması dəmiryolu daşımalarının rəqabətqabiliyyətliliyinin artırılmasını nəzərdə tutan marketinq qiymətləndirilməsinə əsaslanıb və bu qərar uzunmüddətli xarakter daşıyacaq.