Nail Naiboğlunun "Gülüm" konserti baş tutdu



Rəşid Behbudov adına Mahnı Teatrında artıq 250-dən çox klip çəkmiş azərbaycanlı rejissorları arasında çempion Nail Naiboğlu "Gülüm" adlı konsert proqramı keçirib.


LİVE.az xəbər verir ki,  "Gülüm" adlı konsert rejissorun ad günü və yaradıcılıq gecəsi idi və o, bu günü rəhmtə geden həyat yoldaşına həsr etmişdir.


 Aqil M.Quliyevin rejissoruluğunu etdiyi konsert əməkdar artistlər, Pantomima Teatrının aktyorları Bəhruz Vaqifoğlu və Səbinə Hacıyevanın çıxışı ilə start götürüb.


Konsertdə ilk musiqili çıxışı “Gözüm dəyməsin ” mahnısı ilə xalq artisti Faiq Ağayev edib. Onun ardınca isə xalq artisti Nisə Qasımova, əməkdar artist Manana Caparidze, müğənnilər Sevda Yahyayeva, Roza Zərgərli, Məryəm Şabanova, Elnur Məmmədov, İzzət Bağırov, Murad Sadıx öz mahnılarını ifa ediblər.


Gecədə Nail Naiboğlunun çəkdiyi klip çəkdiyi tanınmış simalar çıxış edib.


“Gülüm” konsertinin bağlanışını xalq artisti Flora Kərimova edib.

















 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri