"FARC" lideri öldürüldü


Kolumbiya Silahlı İnqilabi Qüvvələrinin (FARC) liderlərindən olan Volter Patrisiya Arizala öldürülüb.

LİVE.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, "Guacho" ləqəbli Arizala Kolumbiya ordusunun ölkənin cənubunda təşkil etdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.

Qeyd edək ki, "Guacho" 2-si jurnalist olmaqla 3 ekvadorlunun edam edilməsi ilə tanınırdı. Hadisə Kolumbiya və Ekvador arasında diplomatik gərginliyə səbəb olmuşdu.

Ötən günlərdə Ekvador prezidenti Lenin Morenonun öldürülənlərin qaytarılması ilə bağlı danışıqlardan imtina etməsi ortaya çıxıb. Daha əvvəl isə Ekvador ordusunda "Guacho" və qrupuna hərbi yardım göstərən çox sayda əsgər həbs edilmişdi.
Şərhlər
Dünya bölməsinin xəbərləri