Azərbaycan və Rusiya Xəzərdə kruiz turizmini inkişaf etdirmək istəyirlər



Rusiya və Azərbaycan Trans-Xəzər nəqliyyat xətti yaratmaq, həmçinin kruiz turizmini inkişaf etdirmək niyyətindədirlər.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.

Diplomat qeyd edib: "Mən çox şadam ki, bu, Azərbaycanda çox mühüm hadisə hesab olunur. Bu konvensiya (Xəzər dənizinin hüquqi statusu haqqında - red.) konkret məsələlər üzrə əldə olunmuş razılıqlara əməl etməyə imkan verir. Hələ yekunlaşmamış sərhəd məsələləri qalır, lakin Rusiya və Azərbaycan arasında deyil".

M.Boçarnikov bildirib ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi, bioloji resursların saxlanması və digər sahələrdə əməkdaşlıq üzrə işlər aparılacaq.



Trend
Şərhlər
Sosial bölməsinin xəbərləri