Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi ideyasını dəstəkləyir
- 17.07.2013, 15:39,
- Siyasət / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Rəsmi Bakı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında görüşün keçirilməsi ideyasını dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Vyanada bu məsələ müzakirə olunub və bu təşəbbüs barədə düşünmək qərara alınıb: "Hər halda rəsmi Bakı belə görüşə razıdır".
Məmmədyarov bildirib: "Həmçinin, BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu Yorkda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşün keçiriləcəyi gözlənilir. Avqust ayında ABŞ ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin etməlidir".
Nazir əlavə edib ki, Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır: "Və biz Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında görüşün keçirilməsi barədə təşəbbüsü dəstəkləyirik".
Qeyd edək ki, Azərbaycan XİN rəhbəri iyulun 22-də Brüsseldə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində keçiriləcək görüşlərdə iştirak edəcək.