Səmraya gələn səslər düzgün hesablanmayıb?




“Maşın” realiti şousunun ötən günkü buraxılışında kobud səhvə yol verilməsi barədə məlumat yayılıb.  İstər sosial şəbəkələrdə, istərsə də mediada hədəf seçilən Səmra Rəhimliyə gələn səslərdə saxtakarlığın aşkarlandığı iddia olunub.

Belə ki, “Maşın”ın instaqram səhifəsində Səmranın fotosu paylaşılıb və üzərinə qalsına 68,84 %, getsinə isə 31, 14 % insanın səs verdiyini əks etdirən rəqəmlər təqdim olunub. Lakin ümumi hesablama zamanı səslərin 100 yox, 99, 98 faiz etdiyi məlum olub.

Sözügedən səsvermə göstəriciləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub və həmin şəkil səhifədən silinib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əslində, səsvermə nəticələrinə hər hansı bir müdaxilə olunmayıb.  Canlı efirdə Səmranın səsvermə nəticəsi 68,84 və 31,16 olub. Sadəcə “Maşın”ın SMM xidməti texniki səhvə yol verərək rəqəmləri düzgün yazmayıb. Daha sonra, sözügedən səhv aradan qaldırılıb.  

Bu məqamda bildirək ki,  “Maşın”ın 14-cü sürəti “Youtube” səhifəsində yerləşdirilib . Həmin real nəticələri proqramın 34-cü dəqiqəsində görə bilərsiz.




Şərhlər
Şou-biznes bölməsinin xəbərləri