Bakının mərkəzinə şəxsi avtonəqliyyat vasitələrinin girişi birdəfəlik məhdudlaşdırılacaq
- 17.07.2013, 15:41,
- Iqtisadiyyat / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakının mərkəzində nəqliyyat probleminin həlli yollarından biri mərkəzə şəxsi avtonəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılmasıdır.
"Böyük Bakının Regional İnkişafı Planı" layihəsinin idarəetmə qrupunun rəhbəri Novruz Eldarlı bazar ertəsi Trend-ə açıqlamasında bildirib ki, "Böyük Bakı"nın, həmçinin bütün şəhərin ümumi nəqliyyat sxeminin həlli layihə qarşısında duran əsas vəzifələrdən biridir.
Eldarlı deyib: "İlk növbədə, bu bölmədə əsas konsepsiya kimi, biz ictimai nəqliyyatın inkişafının stimullaşdırılmasını və şəhərin mərkəzində şəxsi avtonəqliyyat vasitələrindən istifadənin məhdudlaşdırılmasını görürük".
Onun fikrincə, bu gün Bakının mərkəzində şəxsi nəqliyyat vasitələri ilə bağlı durum "pat" vəziyyətinə yaxınlaşır.
Eldarlı bildirib: "Bakının tarixi mərkəzinin sahəsi və şəxsi avtomobillərin sayı praktiki olaraq uyğunsuzdur. Dayanacaq meydançalarının tikintisi də bu problemi həll etməyəcək. Çünki belə olan halda bütün şəhərin mərkəzini dağıtmaq lazım olacaq ki, bu da təbii ki, ağılsızlıq olardı. Bu, onunla izah olunur ki, şəhərin tarixi hissəsi 1910-cu ildə nəqliyyat vasitələri nəzərə alınmadan planlaşdırılıb və əsası qoyulub".
Mütəxəssislərin fikrincə, şəhərin mərkəzi hissəsini planlaşdırılan şəhərsalma işləri ilə boşaltmaq praktiki olaraq mümkün deyil.
Layihə rəhbəri bildirib: "Analoji problemlərlə təxminən 40-50 il bundan əvvəl Avropa şəhərləri də qarşılaşıb. Onlar bu qərara gəliblər ki, küçə və yolların yenidən planlaşdırılması ilə bu problemləri aradan qaldırmaq olmur. Bu halda yalnız şəhərin mərkəzinə avtonəqliyyat vasitələrinin girişinin və yolun hərəkət hissəsində saxlamağın qadağa edilməsi kimi inzibati tədbirlərin tətbiqi məqsədəuyğundur. Bu gün biz dayanacaqları tikməklə nəqliyyat vasitələrinin girişini stimullaşdırırıq, lakin əksinə, dayanacaq yerlərinin sayını azaltmaq lazımdır ki, insanlar işə şəxsi avtomobillərlə getmək əvəzinə, ictimai nəqliyyatdan istifadə etsinlər. Lakin bu, ictimai nəqliyyatın paralel inkişafı olmadan, onun şəbəkəsini genişləndirmədən, keyfiyyət və rahatlığını artırmadan mümkün deyil".