2019-cu ilin ən çox gözlənilən avtomobilləri



"Business Insider" portalı avtomobil bazarının 2019-cu il üçün ən çox gözlənilən modellərini açıqlayıb.

Trend-in məlumatına görə, siyahıya 40 minik avtomobili, yük maşını və yolsuzluq avtomobili daxil edilib.

2019-cu ildə Audi bazara sedanların yenilənmiş versiyalarını buraxacaq: "A6", "A7" və "A8". Bundan əlavə, şirkət yenilənmiş yolsuzluq avtomobili "Q8"in və elektrik mühərrikli "E-Tron"un satışına başlayacaq.

"BMW"dən avtomobil həvəskarları yeni "3 Series" sedanı, "8 Series" kupesi və "Z4" roadsterini gözəyirlər. Bundan əlavə, gələn il bazarda yeni nəsil "X5" yolsuzluq avtomobillərini və "X7" flaqmanı da olacaq.

Yığcam krossover "XT4" "Cadillac"ın model sırasına əlavə olunacaq. "Honda" isə avtomobil bazarına "Passport" krossoverini buraxacaq.

"Hyundai"da öz növbəsində yeniliklər təqdim edəcək - hidrogen ilə işləyən "Nexo" krossoveri və 8 yerli "Palisade", həmçinin "Santa Fe" yolsuzluq avtomobilinin yeni modeli.

Bundan əlavə, 2019-cu ildə "Land Rover Defender" yolsuzluq avtomobili və ikinci nəsil "Range Rover Evoque" krossoveri də satışda olacaq.

"Lincoln" "Continental" sedanını, "Aviator" yolsuzluq avtomobilini və "Nautilus" krossoverini bazara çıxaracaq.

"Mercedes-Benz" A-klassda yeni sedan, "AMG GT" idman avtomobilini, yeni nəsil "GLE" yolsuzluq avtomobilini, elektik mühərrikli "EQC"ni və yenilənmiş "G-Wagon"u təqdim edəcək.

"Porsche" öz növbəsində üçüncü nəsil "Cayenne" modelinin, səkkizinci nəsil 911 modelinin və elektrik mühərrikli "Taycan" modelini təqdim edəcək.

8 illik fasilədən sonra satışa yenidən "Ford"un "Ranger" pikapı daxil olacaq. Avtosalonlara "Jeep Gladiator" və "Kia K900" gələcək.

Bundan əlavə, avtomobil həvəskarları "Lamborghini Urus" krossoverini, yığcam "Lexus UX", "McLaren"in 720S idman avtomobilinin yeni versiyasını, "Ram 1500" pikapını, "Rolls-Royce"dan yeni "Cullinan", "Tesla"dan "Model Y", "Toyota Supra", "Volkswagen Arteon" və "Volvo V60" universalını əldə edə biləcəklər.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri