Müdafiə naziri cəbhə bölgəsində yerləşən zirehli texnikaların döyüş hazırlığını yoxlayıb

  


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti zirehli texnikaların döyüş hazırlığını yoxlayıb.



LİVE.az-ın xəbərinə görə, bu barədə KİV-ə Müdafiə Nazirliyindən məlumat verilib.


 

Müdafiə naziri hərbi hissədəki şəraitlə tanış olaraq hərbi texnikalara baxış keçirib, onların heyətlərinin hazırlığını yoxlayıb və döyüş tətbiqi ilə bağlı müvafiq tapşırıqlar verib.

Şərhlər
Sosial bölməsinin xəbərləri