İlkin Həsəni və Kənan MM-in sözləri çəp gəlib




Aktyor və aparıcı İlkin Həsəni və aktyor və rejissor Kənan MM sözləri çəp gəlib.


LİVE.az-ın xəbərinə görə, Xətai Əli öz səhifəsində Kənan MM barədə zarafat yana status yazıb.

 
 

"Şükür Allaha, Kenan MM bu il də uğurların Türkiyədə davam etdirəcək. Bizi burda heç bir təhlükə gözləmir", - öz profilində qeyd edib.


Buna cavab olar Kənan MM şərhdə yazıb: "Sizi Felaketler, Bozbawlar gozleyir, hele gorecekli gunleriniz qabaqdadi".


Baxmayaraq ki, "Bozbaş"-ın ilk filminin rejissoru Kənan MM olub. Bunu şərhə cavab olaraq Xətai Kənana yada salıb.


Bu məsələyə öz statusunda İlkin Həsənidə toxunub.


Belə ki, "Bozbaş" filmlərinin yaradıcısı və İLK media-nın rəhbəri kimi rejisserun şərhini bəyənmədiyi sezilib.


"Bayaq gördüm ki, Khatai status yazıb, baxdım gördüm nə? 2014-də ilk filmimizin içinə şey eliyən, nədi onun adı, öz imzasını atan Kenan belə bir şərh yazıb. İstədim şapalaq təsirli bir cavab yazım, baxdım gördüm Xətai məni qabaqlayıb ❤️ Kənan yaxşı oğlandır, inşallah tezliklə yaxşı rejissor da olar!"

 





Bu statusa Kənan daha sərt cavab verib:


"Savawcida Xocalini sehnesini paylawmayanlara bunu paylawmaq yarawar... Fox tv Azerbaycani fanati deyil, Fox tv Amerika kanalidi, onlar ucun Xocali Qarabaq ve Azerbaycan derdi maraqli deyil, eger bu problemleri orda gosterirlerse buna bir sebebkar var... sizi qinamiram ee bedbext milletik, Ilkin Hasani he birde ne senin ne senin etrafindakilarin bawlari ucun deyil mene sapalaq kimi cavab vermek cunki defelerle senin razborkalarinda men seni wapalaqlardan qorumuwam, tek canima... yadina duwmese bir bir yadina salaram,,, Bir defe mene tebriksms yazmayan insanlarin iradlari mene maraqli deyil, men cehennem ok meni qoyaq bir kenara.. men orda qolumda uc rengli bayraq bawiyib Qarabag Xocali deyirb bar bar bagiririam saenaristlere... uzun sohbetdi eee vallah ferqimiz coxdu hem oqlan kimi hem insan kimi hem senetci kimi.... di gedin vicdaninizi qucaqlayin yatin"


Xatırladaq ki, “Bozbaş pictures” komandası 2015-ci ildə media mənsublarını başına toplayıb, "Ay Brilliant” filminin çəkilişləri ilə bağlı mətbuat konfransı keçirmişdir.


Həmin filmin  ideyasını və süjet xəttini müəllifi Kənan M.M-dir.


Kənan M.M. də filmlə bağlı təəssüratlarını paylaşıb və zarafatından qalmayıb: “Bizdən öncə “Xoxan” və “My name is İntiqam” filmləri yayımlandı. Deməli, hələ kino rəhmətə getməyib. Çalışmışam ki, həyatda və sənətdə seçim edərkən yanılmayım. Çəkiliş vaxtı uşaqların qəlbini qırmışamsa…Amma gərək elə edəydilər ki, qəlblərini qırmayaydım”.


Filmdə maraqlı məqamlardan danışan İlkin zarafat edib: “Filmin ən maraqlı məqamı Kənanın şpaqat açması oldu. Daha sonra şeirlər söylədi. Onu da deyim ki, bu ideya Kənandan gəldi. Qayıtdı ki, bir film çəkmək istəyirəm, yalvardı ki, vəziyyətim pisdir, kreditim var, bizim də ona yazığımız gəldi, razılaşdıq”.


O vaxtı "İki başlı" zarafatla yadda qalan İlkin və Kənan, görünür birgə iş birliyi zarafatları kimi, "iki başlı" bitib.


  

(bloq)
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri