Ekologiyanı korlayanlar cəzalandırılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi iyul ayının birinci yarısında ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini açıqlayıb.Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, araşdırmanın nəticələrinə əsasən, ekoloji qanun pozuntularına görə 148 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün 46 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə 21 iş üzrə 39 min 500 manat məbləğində inzibatı qaydada cərimə tətbiq olunub, ətraf mühitə dəymiş ziyana görə 10 iş üzrə 548,14 manat məbləğində iddia qaldırılıb. Ətraf mühitə (torpaq, su, atmosfer) tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 256 iş üzrə 42 min 349 manat məbləğində ödəmə tətbiq edilib.

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 5, məhkəməyə 1, icra qurumlarına isə 14 iş göndərilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri