Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan hicablı xanımlara söz atan aktrisa Dəniz Çakır barədə açıqlama verib. LİVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, ölkə lideri AK Partiyasının qrup iclasında çıxış edərkən örpəkli xanımlara “Bura Ərəbistandır? Ora gedin”- deməsinə reaksiya verib.
Ərdoğan Dənizin faşist olduğunu qeyd edib: “Bu ölkənin başı örtülü gənc qızlarına “Səudiyyə Ərəbistanına gedin” demək faşistliyin ən pik həddidir. Onlara bu şəkildə sataşanların peşəsi sənətçidir. Dərd başqadır. Bu ölkədə insanların həyat tərzi ilə məşğul olan CHP təfəkkürlüdür. AK Partiya tam əksinə, bu ölkədə həyat növlərini zəmanət altına alan bir siyasi təfəkkürdür”.