Azərbaycanda hər tədris ilində 65 yaş həddinə çatmış 500 müəllim işdən azad olunur
- 17.07.2013, 17:41,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda hər tədir ilinin sonunda yaşı 65-ə çatan müəllimlərin sayı kifayət qədər çox olur.
Bu barədə APA-ya məlumat verən Təhsil NAzirliyinin strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov deyib ki, 65 yaşı tamam olan müəllimlərin bəziləri işdə saxlanılır.
Onun sözlərinə görə, ölkədəki qaydalara əsasən də müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə və tabeçilik üzrə idarəetmə orqanı rəhbərinin razılığı əsasında, 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər: “Lakin müqaviləsi uzadılmayan müəllimlər təqaüdə göndərilir. Azərbaycanda hər tədris ilində 65 yaş həddinə çatmış 500 müəllim işdən azad olunaraq təqaüdə göndərilir”.