10 yanvardan Nizami Kino Mərkəzi cox gözlənilən «Yenidən başla» komediyasının nümayişinə başlayıb.
Film rusca, azərbaycanca altyazı ilə nümayiş olunur.
Filmin Ssenariyası Castin Zakema məxsusdur. Baş rolda tanınmış sevilən müğənni və aktrisa Cennifer Lopez çəkilib. Vanessa Enn Hacens, Maylo Ventimilya, Lea Remini, Trit Vilyams, Nataşa Romanova, Freddi Stroma, Şarlin Yi və başqaları filmdə yer alıb.
Xəyallarının gerçəkləşəcəyinə ümidini itirdiyi bir vaxtda, Maya böyük şirkətdə iş tapır. Artıq onun şansı var ki, Medison Avenyudan olan snoblara anadangəlmə istedad olduğunu, eyni zamanda parlaq kreativliyin nüfuzlu universitetin diplomu kimi vacibliyini sübut etsin. Arxanda nələrin olduğunu vacib deyil, axı hər şeyi əvvəldən başlamaq gec deyil.