“Formula 1” üzrə Azərbaycan Qran Prisində sessiyaların vaxtı açıqlanıb
- 15.01.2019, 17:30,
- Idman / Vacib
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
“Formula 1” üzrə 2019-cu il dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.
Təşkilatçı qurumdan KIV-ə verilən məlumata görə, ötən illə müqayisədə, Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz qalıb. Aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Ertəsi – şənbə günü 14:00-da başlayacaq üçüncü sərbəst yürüş 1 saat davam edəcək. 17:00 – 18:00 aralığında isə sıralama turu keçiriləcək.
Aprelin 28-də baş tutacaq yarış saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.
Qeyd edək ki, “Formula 1” üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq. Mövsümə dekbarın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran Prisi ilə yekun vurulacaq.