Səhiyyə Nazirliyindən üstünə reklam lövhəsi aşan şəxslə bağlı AÇIQLAMA

Bu gün Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda ciddi fəsad yaradıb.

Trend-in məlumatına görə, güclü külək nəticəsində “Binə” ticarət mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən orta yaşlı kişinin üstünə aşıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, həmin şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib və həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri