PayPal səhvən müştərinin hesabına 92 kvadrilyon dollar pul köçürüb

PayPal ödəmə sistemi səhvən bir müştərinin hesabına 92 kvadrilyon dollar pul köçürüb.

APA-nın CNN-ə istinadən yaydığı məlumata görə, Pensilvaniya ştatının sakini Kris Reynolds PayPal sisteminin səhvi nəticəsində qısa bir müddətə dünyanın ən varlı adamı olub. Reynolds PayPal-dakı balans hesabı haqqında məktub alanda əvvəlcə bunu kiminsə zarafatı sayıb. Sonra onlayn rejimdə hesabını yoxlayıb və hesabda pul olmadığını görüb.
 
PayPal şirkəti səhvə yol verdiyi etiraf edib və Reynoldsa onun öz seçimi əsasında müəyyən məbləği xeyriyyə məqsədilə xərcləməyə hazır olduğunu bildirib.
 
Jurnalistlərin “92 kvadrilyon pulunun olsaydı, hara sərf edərdiniz” sualını cavablandıran Reynolds bildirib ki, ilk növbədə ABŞ-ın xarici borclarını ödəyər, daha sonra Philadelphia Phillies beysbol klubunu satın alardı. 
Şərhlər
Dünya bölməsinin xəbərləri