Azərbaycanda elektrobusların yığılmasına başlanacaq



Azərbaycanda Belarus elektrobusları, avtobusları və kombaynlarının istehsalı başlayacaq.

LİVE.az-ın xəbərinə görə bu barədə Trend-ə Gəncə Avtomobil Zavodundan bildiriblər.


Bununla bağlı saziş Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov və zavodun Müşahidə Şurasının sədri Xanlar Fətiyevin Belarusa səfəri çərçivəsində imzalanıb.

Tərəflər Minsk Avtomobil Zavodunun (MAZ) avtobuslarının yığılması, “Belkommunmaş” şirkəti tərəfindən istehsal olunan elektrobus tərkib hissələrinin tədarükü və “Qomselmaş” zavodunda istehsal olunan kombayn tərkib hissələrinin tədarükü barədə saziş imzalayıb.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri