Azərbaycanın sığorta bazarı 31% böyüyüb
- 25.01.2019, 18:10,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
2018-ci ildə Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 727,954 mln. manat məbləğində sığorta haqqı toplanılıb.
LIVE.az-ın məlmatına görə, report Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, 2017-ci illə müqayisədə 30,7% çoxdur.
İl ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 240,334 mln. manat təşkil edib. Bu isə illik müqayisədə 6,5% azdır.
Ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 33 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 46,2 manat olub.