Ölkədə obyektlərin adını göstərən lövhələrin ölçüsü iki dəfə kiçildiləcək
- 28.01.2019, 13:18,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan qanunvericiliyində açıq məkanda reklamın dairəsi müəyyənləşib.
LİVE.az report-aistinadla xəbər verir ki, bununla bağlı “Reklam haqqında” qanuna dəyişiklik edilir.
Qanunun 26-cı (Açıq məkanda reklam) maddəsində edilən dəyişiklik layihəsində qeyd olunub ki, reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının tunellərində, dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijabların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur.
Reklam qurğuları tarix və mədəniyyət abidələrinin ərazilərində, memarlıq abidələrinin fasadlarında və dam örtüklərində müvafiq icra hakimiyyəti orqanının razılığı ilə, tarix və mədəniyyət abidələrinin mühafizə zonasında isə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı ilə yerləşdirilə bilər.
Hazırda açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısına verilən icazə müddət 1 ildir. Bu müddətin 3 ilə qaldırılması təklif olunur.
Bundan başqa, obyektlərin adını göstərən reklam hesab olunmayan lövhələrin ölçüsünün 2 kvadratmetrdən 1 kvadratmetrədək endirilməsi gözlənilir.
Layihə Milli Məclisin yaz sessiyasının fevralın 1-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.