Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında görüş Davos Forumunun 33 əsas hadisəsindən biri hesab olunub
- 28.01.2019, 18:34,
- Siyasət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Davos Ümumdünya İqtisadi Forumunun təşkilatçıları Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşünü forumun 33 əsas hadisəsi sırasına daxil edib.
LIVE.az-ın Trend-ə istinadla verdiyi məlumata görə, forumun veb-saytında dünyaya təsir göstərən 33 hadisənin siyahısı verilib.
Məlumatda deyilir: “Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların irəliləməsi üçün Ümumdünya İqtisadi Forumu zamanı görüşüb”.