ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Prezident İlham Əliyevə telefonla zəng edib

 

Yanvarın 29-da ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.


LIVE.az məlumatına görə, bu barədə Trend Prezidentin Mətbuat Xidmətinə istinadən məlumat verir.


Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilmişdir.

Şərhlər
Siyasət bölməsinin xəbərləri