Azərbaycan-İran sərhədindən 1 milyondan artıq xarici turist keçib
- 30.01.2019, 18:23,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən il İranın Ərdəbil vilayəti Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən 1,174 milyon nəfər keçib. Onun 1,05 milyon nəfəri turist, xarici ölkə vətəndaşı, əsasən Azərbaycan vətəndaşları olub.
LİVE.az-ın Trend-ə istinadlar verdiyi məlumata görə, bunu İranın Ərdəbil vilayəti Biləsuvar rayonu (Şəhristan) qubernatoru Həsən Qubadi deyib.
Qubadinin sözlərinə görə, sərnişinlərin 85%-i, 993 113 nəfəri piyada, 180 969 min nəfəri isə nəqliyyat vasitələri (avtobus, mikroavtobus və minik avtomobili) ilə Biləsuvar gömrük yoxlama-keçid məntəqəsindən keçib.
Qubernator əlavə edib ki, bu müddətdə 53 998 ədəd yük maşını, 2064 ədəd avtobus, 17 065 ədəd avtomobil sərhəddən keçib.
Bu müddətdə ümumilikdə 311 432 ton məhsul 13 767 yük maşını vasitəsi ilə Biləsuvar gömrüyündən Rusiya, Azərbaycan və Gürcüstana ixrac olunub. Bu rəqəm ötən ilin analoji dövrü ilə müqayisədə artımın olduğunu göstərir.
Qubadinin sözlərinə görə, 10 ay ərzində 24,3 min ton məhsul 1113 yük maşını ilə Biləsuvar gömrüyü vasitəsi ilə İrana idxal olunub.
Qubernator bildirib ki, ixrac edilən məhsullar sırasında keramika, kartof, müxtəlif şüşə, tikinti materialı, duz, bitum, profil pambıq, müxtəlif toxumlar, idxal edilənlər sırasında isə heyvan yemi, süni liflər olub.
Qeyd edək ki, Biləsuvar İranın Ərdəbil vilayətində yerləşir. Ərdəbil vilayətinin yeganə beynəlxalq gömrük sərhəd keçid məntəqəsi bu rayondadır.