Azərbaycanda pul saxtakarlığının səviyyəsi dünya üzrə orta göstəricidən xeyli aşağıdır
- 18.07.2013, 16:56,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əsginaz saxtakarlığının səviyyəsi dünya üzrə orta göstəricidən xeyli aşağıdır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Azərbaycan Mərkəzi Bankının (AMB) Nağd pul departamentinin direktoru Hacıbaba Məsimov deyib.
AMB iyulun 18-də KİV nümayəndələri üçün "Açıq qapı" günü keçirib.
Məsimov bildirib: "İnkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dövriyyədə olan hər 20 min əsginazın payına 1 aşkar edilən saxta əsginaz düşdüyü halda, Azərbaycanda hər 250 min əsginaza 1 saxta əsginaz düşür".
Onun sözlərinə görə, 2013-cü ilin I yarısında AMB bazardan 600-dən çox saxta əsginaz çıxararaq məhv edilməsi üçün təhvil verib.
Departament direktoru qeyd edib ki, Azərbaycanda artıma doğru meyl var: "Lakin əsginaz saxtakarlığı ilə məşğul olanlar aşağı səviyyəli metod və texnikadan istifadə edirlər. Onlar çox vaxt sadəcə olaraq əsginazların surətlərini çıxarırlar. Buna görə də saxta pulları aşkarlamaq çətin deyil".