BŞİH: Bakıdakı uşaq bağçalarında qızılca və “donuz qripi”nə yoluxma halı qeydə alınmayıb

 

Bakı şəhərindəki uşaq bağçalarında qızılca və A (H1N1) virusuna (“donuz qripi”) yoluxma faktı qeydə alınmayıb.

LIVE.az-ın məlumatına görə, bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) tabeliyində olan Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən bildirilib.

Qeyd olunub ki, bununla bağlı mütəmadi profilaktik tədbirlər görülür.
Şərhlər
Sosial bölməsinin xəbərləri