Azərbaycanda hər il nağd pulların 20%-dək hissəsini köhnəldiyinə görə dövriyyədən çıxarılır

Azərbaycan Mərkəzi Bankı (AMB) əhalidən köhnəlmiş və deformasiya olunmuş pulları qəbul edir.

Bunun əvəzində könə pulların yeniləri ilə mübadiləsi aparılır. APA-nın xəbər verdiyi kimi, bunu jurnalistlərə açıqlamasında Mərkəzin Bankın Nağd pullar Departamentinin rəhbəri Hacıbaba Mənsimov bildirib.

Departament başçısı qeyd edib ki, AMB milli valyuta əsginaslarının fiziki olaraq köhnəlməsinin səviyyəsini normal hesab edir: «Orta hesabla Mərkəzi Bank ildə nağd pul kütləsinin 10-20%-ni müsadirə edir. Çünki bu, dünya üzrə orta göstərici hesab olunur», - deyə Hacıbaba Mənsimov əlavə edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri