Arif Rəhimov: “Formula-1” müqaviləsini yenidən uzada bilərik
- 05.02.2019, 18:38,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu il “Formula-1” üçün Bakıya gələcək məşhur müğənnilərindən danışıb.
O, xarici müğənnilərdən biri ilə danışıqların son mərhələsində olduqlarını bildirib:
“Son üç ildə tanınmış müğənniləri Bakıya dəvət etmişdik. Bu il də bizi dünya şöhrətli müğənnilər gözləyir. Artıq biri ilə danışıqların son mərhələsindəyik.
“Formula-1”in Bakıdan başqa, regionlarda keçirilməsi hazırda mümkün deyil. Ancaq bölgələrdə kiçik simulyator tədbirləri keçirə bilərik. Lakin yarış üçün Bakıdan kənara çıxmağımız mümkün deyil.
“Formula-1” müqaviləsinin beş il yox, üç illik bağlanmasının elə bir səbəbi yoxdur. Biz bu müqavilənin müddətini daha sonra yenidən uzada bilərik”.