“Eurovision 2019”da Azərbaycanın təmsilçisi məlum olub
- 05.02.2019, 21:33,
- Şou-biznes
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Eurovision 2019" yarışması üçün Azərbaycanı təmsil edəcək finalçının adı bəlli olub.
LİVE.az xəbər verir ki, bu barədə yerli internet media saytları müsabiqənin rəsmi fan səhifəsi "Infe Azerbaijan" məlumat verib.Bildirilir ki, ölkəmizi bu il İsraildə müğənni Çingiz Mustafayev təmsil edəcək.
Qeyd edək ki, 2019-cu ilin may ayında İsrailin paytaxtı Təl-Əvivdəki "Ekspo" Mərkəzində keçiriləcək müsabiqədə 42 ölkə iştirak edəcək. Yarışmanın yarımfinalları mayın 14-də və 16-da, final isə mayın 18-də baş tutacaq.
Ölkə təmsilçimiz 16 mayda keçiriləcək ikinci yarımfınalın ikinci hissəsində səhnəyə çıxacaq."Eurovision-2019" mahnı müsabiqəsinin şüarı "Dare to Dream" ("Arzulamağa cürət et") olacaq.
Xatırladaq ki, İsrail təmsilçisi Netta Barzilay "Toy" ("Oyuncaq") mahnısı ilə ötən il keçirilən mahnı müsabiqəsinin qalibi olub.