Zəlzələ baş verən ərazilərin avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb
- 07.02.2019, 14:08,
- Cəmiyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Zəlzələ baş verən ərazilərin avtomobil yollarında çatlar yaranıb.
LIVE.az Trend-ə istinadla verilən məlumata görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Məlumata görə, fevral ayının 5-də gecə saatlarında Şamaxı və İsmayıllı rayonlarında baş vermiş zəlzələ nəticəsində avtomobil yollarının bəzi hissələrində yolların eni və uzunu boyu çatlar əmələ gəlib, sürüşmələr qeydə alınıb.
A.Nəcəfli bildirib ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-120-ci km-lik hisəsində 1-3 sm enində 5 yerdə çatlar yaranıb, Şamaxı-Pirqulu-Dəmirçi və Çuxuryurd-Qızmeydan-Pirbəyli avtomobil yollarında çatlar və sürüşmələr qeydə alınıb. Çatlar İsmayıllı-Muğanlı avtomobil yolunda da müşahidə olunur. Sözügedən yollarda hazırda ciddi problem müşahidə olunmur və avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində hər-hansı bir məhdudiyyət yoxdur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən yollara baxış keçirilir, yollara dəymiş ziyan aktlaşdırılır.