“Yanar dağ” üç gün ziyarətçi qəbul etməyəcək

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu üç gün ziyarətçi qəbul etməyəcək.

LİVE.az-ın xəbərinə görə, bu barədə Trend-ə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Bildirilib ki, 07-09.02.2019-cu il tarixlərində profilaktik işlərlə əlaqədər ziyarətçilərə bağlı olacaq. 10 fevral tarixindən etibarən qoruq yenidən ziyarətçi qəbul edəcək.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri