Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin adı çəkilib


Aşağı büdcəli turizm üçün Avropanın ən yaxşı şəhərlərinin reytinqinə Polşanın Krakov şəhəri başçılıq edir.

LIVE.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə “AvroPuls” saytı Böyük Britaniyanın “Which?” İstehlakçılar Assosiasiyasına istinadla bildirib.

Assosiasiya saytın istifadəçiləri ilə sorğu apararaq aşağı büdcəli səyahət üçün şəhərlərin reytinqini tərtib edib. Onlar Avropa şəhərlərini 6 kateqoriya üzrə dəyərləndiriblər: yaşayış şəraiti, mədəni görməli yerlər, yemək və içkilər, nəqliyyat, alış-veriş imkanları və bütövlükdə, qiymətlərin səviyyəsi.

Reytinqin lideri Krakov şəhəri olub. İkinci yeri İspaniyanın Valensiya şəhəri tutub. Liderlər üçlüyünü Budapeşt qapayıb. Beşliyə İtaliyanın Bolonya və Almaniyanın Berlin şəhərləri daxil edilib. Siyahıda daha sonra İspaniyanın Sevilya və Barselona, Avstriyanın paytaxtı Vyana, Portuqaliyanın Funşal və Hollandiyanın Amsterdam şəhərləri qərarlaşıb.

Sorğu iştirakçılarına ətraflı şərh yazmaq imkanı da yaradılıb. Beləliklə, Krakov tarix həvəskarları üçün daha cazibədar olub. Budapeştə isə ucuz “təbiət SPA mərkəzlərində” olmaqdan ötrü daha çox səyahət edirlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri