Beynəlxalq İdman Arbitraj Məhkəməsi UEFA-nın “Fənərbaxça” və “Beşiktaş”a verdiyi cəzaların icrasını müvəqqəti dayandırıb
- 18.07.2013, 17:03,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) UEFA-nın Türkiyənin “Fənərbağça” və “Beşiktaş” klublarına verdiyi cəzaların icrasını müvəqqəti olaraq dayandırıb. APA-nın xəbərinə görə, CAS bu gün iki klubun şikayətinə baxıb.
“Fənərbağça”nın 2 il, “Beşiktaş”ın isə 1 il müddətində Avropa kuboklarında iştirakdan məhrum edilməsi haqda UEFA tərəfindən verilən qərarların icrası müvəqqəti dayandırılıb.
Bu qərardan sonra hər iki komanda Avropa kuboklarının püşkatmasına qatılmaq hüququ qazanıb. Lakin CAS məsələni araşdırmağa davam edəcək. Bu araşdırmanın sonunda CAS ya UEFA-nın hər iki klubla bağlı diskvalifikasiya qərarlarını təsdiqləyəcək, ya da hər iki kluba bəraət verəcək.