Tramp və Kim Çen Inın ikinci görüşünün keçiriləcəyi yer məlum oldu
- 09.02.2019, 13:24,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
ABŞ və Koreya Xalq Demokratik Respublikasının iderləri Donald Tramp və Kim Çen Inın ikinci görüşü 27-28 fevral tarixlərində Hanoedə keçiriləcək.
LİVE.az Trend-ə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
D.Tramp bildirib: "Mənim nümayəndələrim çox səmərəli görüşdən və mənim Kim Çen Inlar ikinci sammitimin yeri və vaxtının razılaşdırımasından sonra Şimali Koreyanı tərk ediblər. Görüş 27 və 28 fevral tarixlərində Vyetnamın Hanoe şəhərində baş tutacaq".
ABŞ prezidenti əlavə edib ki, KXDR Dövlət Şurasının sədri Kim Çen In ilə görüşü və sülh işinin irəlilədilməsini səbirsizliklə gözləyir.