"Liverpul" böyük hesablı qələbə qazanaraq yenidən turnir cədvəlinə başçılıq edir


"Liverpul" futbol klubu İngiltərə Çempionatının 26-cı turu çərçivəsində "Bornmut" üzərində böyük hesablı qələbə qazanıb.

 "Enfild" stadionunda keçirilən oyun 3:0 hesabı ilə yekunlaşıb. Qolları Sadio Mane (24-cü dəqiqə), Corcinyo Veynaldum (34) və Məhəmməd Salah (48) vurub.

Bu oyundan sonra "Liverpul" yenidən turnir cədvəlinə başçılıq edir (65 xal). Komandanı 3 xal fərqi ilə "Mançester Siti" izləyir (bu gün "Çelsi" ilə qarşılaşacaq).

"Bornmut" 33 xalla 11-ci yerdə qərarlaşıb.


Trend
Şərhlər
İdman bölməsinin xəbərləri