Artıq avtomobil sahibləri istədikləri vaxt texniki baxışdan keçə biləcəklər.
ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı sujet hazırlayıb.
Elməddin Muradlı – ekspert: “Avtomobilin tipinə görə il ərzində 2, 3 reqlament var idisə artıq bu ləğv edildi. Sürücülər avtomobilini keçən il nə zaman texniki baxşıdan keçiribsə, hansı ay, hansı il. Bu il həmin ay, həmin gün texniki baxışın vaxtıdır”.
Amma istehsal ilinə görə, müəyyən edilən texniki baxış müddəti qaydası öz yerində qalır. Eyni zamanda texniki baxışdan sonra avtomobilin hansı halda olmasından asılı olmayaraq onun istismarı qadağan edilməyəcək.
Ekpertlər deyir ki, elektron talonlar və texniki baxış vaxtının asan ödəniş sisteminə inteqrasiyası özünü doğrultmaya bilər.
Elməddin Muradlı – ekspert: “Asan payda elektron kabineti yoxdu. Mobil telefonu DYP-nin Mərkəzi Məlumat Bazasıında yoxdursa, deməli, bu sürücü məlumata ala bilməyəcək. Hər bir sürücünün mobil telefonuna sms vasitəsi ilə məlumat mesaji göndərilə bilər ki, sürücülər nə vaxt texniki baxışın bitdiyini bilsinlər”.
Son texniki müayinə günündən 20 gün sonra kimi sürücüyə vaxt veriləcək. Bu müddət bitdikdən sonra isə cərimələnəcək.
Sürücü: “Belə başa düşürəm ki, vaxtı bitəndə gedib yenidən texniki baxışdan keçəcək”.
Sürücü: “Bizim üçün yaxşı bir şeydir ki, xəbərdarlıq olunur. Vaxtını bilib, ödəniş edərik”.
Mütəxəssislərin fikrincə bu yeniliklərlə yanaşı texniki baxışın özəl şirkətlər tərəfindən də edilməsi vacibdir. Bu həmdə dövlət proqramının tərkib hissələrinin biridir.
Hüseyn Abdullayev – ekpert: “Bu yol hərəkəti təhlükəsizliyi üzrə dövlət proqramında öz əksini tapıb. Teniki baxış DYP tərəfindən deyil, özəl qurumlar tərəfindən həyata keçiriləcək. Bu özəl sektor verdiyi qərarlar üzrə məsuliyyət daşıyır”.
Dəyişikliklər yaxın iki ay ərzində qüvvəyə minəcək və bu ildən tətbiqinə başlanacaq.