BAFTA kinomükafatı namizədlərinin qalibləri elan edilib



Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) mükafatının əsas nominasiyaları üzrə qaliblər məlum olub.

LİVE.az məlumatına görə, report sky news-a istinadən xəbər verir ki, Meksika rejissoru Alfons Kuaronun lentə aldığı "Roma" dramı "Ən yaxşı film" kateqoriyasında qalib gəlib.

Kuaron həmçinin "Ən yaxşı rejissor işi" nominasiyasında qalib olub.


* ​BAFTA kinomükafatının qonaqları "qırmızı xalça"da / Life Azerbaijan​​​


Rejissor Yorqos Lantimosun ekranlaşdırdığı "Favorit qadın" tarixi filmi ən yaxşı Britaniya kinosu kimi BAFTA mükafatına layiq görülüb.

Oliviya Kolman və Reyçel Vays "Favorit qadın" filminə görə müvafiq olaraq "Ən yaxşı qadın rolu" və "İkinci planda ən yaxşı qadın rolu" nominasiyalarında qalib gəliblər.

"Bohem rapsodiyası" bioqrafik ekran əsərində Freddi Merkurini canlandıran Rami Malek "Ən yaxşı kişi rolu" nominasiyasının qalibi olub.

Bütün mərasim zamanı 24 nominasiyada qaliblər elan olunub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri