Bakıda gecə 32 yaşlı qadın içkili ərinin güdazına getdi

Bu gecə saat 00:00 radələrində Bakının Nərimanov rayonu ərazisində qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Nərimanov rayon Polis İdarəsindən ANS-ə verilən məlumata görə, Çermet qəsəbəsində yaşayan 32 yaşlı Gültəkin Əyyub qızı Bədəlova əri 48 yaşlı Bədəlov Məmməd Yaqub oğlu tərəfindən bıçaqlayıb. Kişi qadına başından və qolundan bıçaq zərbəsi vurub. Qadın yaralı halda xəstəxanaya yerləşdirilib.

Arvadını bıçaqlayan Bədəlov Məmməd polis tərəfindən saxlanılıb. Hadisənin ailə münaqişə zəmnində baş verdiyi bildirilir. Arvadını bıçaqlayarkən Məmmədin içkili halda olduğu bildirilir. Lakin qadın ərindən şikayətçi olmayıb. Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri