"Celentano Tribute Show"nun Bakı konserti



13 fevral  Heydər Əliyev adına Sarayda tanınmış  "CELENTANO Tribute Show" baş tutub. Konsert dünya ulduzu Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunub.


LİVE.az xəbər verir ki, bu şou cox ölkələrdə ( ABŞ, Fransa, Latviya, Türkiyə, Qazaxıstan, Almaniya, Ukrayna, İspaniya) nümayiş olunub, amma  azərbaycan  tamaşaçılarına ilk dəfə təqdim olunub. Aktyor və müğənni kimi fəaliyyət göstərən Maurizio Schweizer, Adriano Celentanonun "rəsmi əkiz"-idir.



Paytaxt Bakıda ikinci dəfə qonaq olduğunu bildirən Schweizer konsert öncəsi mətbuat nümayəndələrinin suallarını cavablandırıb:
"Bu gün bəzi yerlərlə tanış oldum. Çox gözəl olduğunu deyə bilərəm. İtaliyada Neapol adlı şəhər var. Bakı ora eynilə bənzəyir. Musiqinizi dinlədim, gözəl mədəniyyətiniz var. Mətbəxinizin təamlarının dadına baxdım, çox bəyəndim. İtaliyada məni Çelentanonun karyerasının müxtəlif dönəmlərinə olduğu görkəmə bənzədirlər. Onun filmlərdəki geyimlərindən istifadə etmişəm. Bura gəlmədən öncə bir çox ölkələrdə çıxışlarım oldu. Çelentanonun özü ilə ara-sıra görüşürük. Onun vaxtı az olur. İtaliya televiziyaları üçün animasiyalar hazırlayır. Özü bilir ki, onun rəsmi pərəstişkarıyam. Hər yerdə onun konsertlərini təşkil edirəm. Bundan çox məmnundur".

Baş tutan şou öz rəngarəngliyi ilə tamaşaçıların zövqünü oxşayıb.  Maurizio səhnədə Çelentanonun kostyumlarının tam eynisindən istifadə edib.  O, əfsanəvi əkizinin obrazının səsi və hərəkətlərini inanılmaz bacarıqla təkrarlayıb.  Müğənni və onun şou qrupu Çelentanonun ən sevilən hitlərini səsləndirib. Konsert böyük anşlaqla keçib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri