Türkiyənin məşhur müğənnisi Deniz Seki azərbaycanlı ifaçı Səidə Dadaşovadan şikayətçi olub. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
LIVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, o, yazdığı şikayət ərizəsində musiqisinin xəbərsiz oxunduğunu, mənəvi hüquqlarına qarşı təcavüz edildiyini qeyd edib.
Məsələni araşdıran “İstanbul Fikri Sinai Araşdırmaları Bürosu” Dadaşovanın ARB kanalında “Hayat İki Bilet” mahnısını səsləndirdiyini müəyyən edib.
Ancaq prokurorluq Sekinin məhkəməyə müraciət etməsinin vacibliyini vurğulayıb və bu işdə cəzalıq bir vəziyyətin olmadığını söyləyərək məsələyə xitam verib.