Meyxanaçı Pərviz Bülbülə və müğənni Türkan Vəlizadənin sevgililər günündə yaydığı video müzakirələrə səbəb olub.
LİVE.az qafqazinfo-ya istinadən xəbər verir ki, İnstaqram-da paylaşılan videoda Pərvizlə Türkanın səmimi görüntüləri yer alıb.
Türkan sözügedən görüntüləri paylaşarkən mahnının adını "Mələklər də şahid" qoyduğunu bildirib. Lakin ailəli olan P. Bülbülə ilə Türkanın səmimi kadrları izləyicilərin qıcığına səbəb olub. Əksəriyyəti cütlüyü tənqid edib, onların yaxın münasibətdə olduğunu iddia ediblər.
Türkandan fərqli olaraq meyxanaçı İnstaqram-da tənqidi şərhlərin qarşısını almaq üçün şərh bölməsini deaktiv edib.