Muğam və aşıq sənətinin qorunması ilə bağlı yeni qanun layihələri hazırlanıb
- 18.02.2019, 17:55,
- Mədəniyyət
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda “Muğam sənətinin qorunması haqqında” və “Aşıq sənətinin qorunması haqqında” yeni qanun layihələri hazırlanıb.
Bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rəfael Hüseynov “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları ilə görüşdə deyib.
R.Hüseynov bildirib ki, qanun layihələrinin hazırlanması mədəniyyətimizi qorumaq zərurətindən irəli gəlir.
Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda muğamın inkişafına böyük diqqət göstərilir. R.Hüseynovun sözlərinə görə, muğama münasibət heç də həmişə eyni olmayıb:
“Sovet dövründə muğamı sıxışdırmağa, adlarını dəyişməyə çalışırdılar”.
Komitə sədri bildirib ki, muğam Azərbaycanın milli varlığını əks etdirir, eyni zamanda Azərbaycanı dünyada tanıdır:
“Təsadüfi deyil ki, ərazimizi işğal etdikləri kimi muğamımızı, milli adət-ənənələrimizi qəsb etmək iddiaları var”.
Trend