Sumqayıtda avtobus qəzasında yaralananlardan 12-si evə buraxılıb, hamilə qadın isə...Sumqayıtda Sumqayıt şəhəri - H.Zeynalabdin qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 31 nəfərin 12-si evə buraxılıb.
Live.az-ınməlumatına görə, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, hazırda Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 19 nəfər müalicəsini davam etdirir:
"Onların 6-sı reanimasiya, 7-si travmatologiya şöbəsinə yerləşdirilib, 1 hamilə qadın tibbi yardım almaq məqsədilə Sumqayıt Şəhər Doğum Evinə göndərilib.
Qalan xəstələrə isə hazırda tibbi yardım göstərilir, onlardan bəziləri evə buraxıla bilər. Ümumilikdə is xəstələrin vəziyyəti orta ağır qiymətləndirilir".
Qeyd edək ki, hadisə Sumqayıt şəhəri Sülh küçəsində baş verib.
Sumqayıt - H.Z.Tağıyev qəsəbəsi marşrutu üzrə hərəkət edən 30 saylı avtobus minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində avtobus yaxınlıqdakı mağazaya çırpılıb.
///
Sumqayıtda avtobus qəzasında yaralananların sayı 40 ötüb2019-02-21 23:15
Sumqayıt şəhərində yol qəzası baş verib.
LİVE.az report-a istinadla verdiyi məlumata görə, 30 nömrəli müntəzəm xətti üzrə işləyən sərnişin avtobusu idarəetməni itirərək yoldan çıxıb və yaşayış binasına çırpılıb.
Hadisə nəticəsində 40-dan çox sərnişin yaralanıb.
Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Şahidlərin Sputnik-ə dediyi sözlərinə görə, “Prado” markalı avtomobil 30 nömrəli xətt üzrə hərəkət edən avtobusun qarşısına keçib. Onun sözlərinə görə, qəza zamanı avtobus yaşayış binasına çırpılıb və 30-a yaxın yaralıy təcili yardım göstərilib.
Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Nəriman İmanov və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov xəstəxanada yaralılara baş çəkib.
Əldə edilən məlumata görə, avtobusun sürücüsü Ceyhun Əhmədovdur.