Bakı-Quba yolunun dağılmış hissəsi bu il yenidən qurulacaq
- 22.02.2019, 20:12,
- Iqtisadiyyat
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı-Quba yolunun Gəndobdan Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda həmin yolda təmir-bərpa işləri aparılır: "Vaxtilə yolun çəkilişində bəzi texnoloji məsələlərə riayət olunmayıb. Digər tərəfdən isə həmin beton yolda ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət olunduğundan bu yolun Gəndob qəsəbəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsində müəyyən qüsurlar yaranıb. Biz hazırda bu yolda yaranan qüsurların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürük. Müəyyən hissələrdə isə bu il tamamilə bərpa və yenidənqurma işləri görəcəyik".
S. Məmmədov bildirib ki, həmin beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb: "Beton yolu hissə-hissə bərpa edəcəyik".