Mehriban Əliyeva: Heydər Əliyev Fondu İraqda etnik azlıqların musiqilərinin notlara köçürülməsi ilə bağlı müraciəti həyata keçirməyə hazırdır



Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva fevralın 22-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Birinci vitse-prezident Mehriban Əliyeva artıq üçüncü dəfədir Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşdüyünü bildirərək, ölkəmizlə Böyük Britaniya arasında münasibətlərin daha da inkişaf etdirilməsində Baronessa Emma Nikolsonun töhfəsini qeyd etdi.




Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında səhiyyə, ekologiya və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edildi. Birinci vitse-prezident ölkəmizdə aparılan islahatlardan, Azərbaycanda ekologiyaya dair icra edilən dövlət proqramlarından danışdı, səhiyyə sahəsinin daha da təkmilləşdirilməsi ilə bağlı təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bildirdi.

Baronessa Emma Nikolson İraqda etnik azlıqların musiqilərinin notlara köçürülməsi ilə bağlı Heydər Əliyev Fonduna müraciətini diqqətə çatdırdı.

Fondun prezidenti Mehriban Əliyeva bu müraciəti məmnuniyyətlə həyata keçirməyə hazır olduqlarını vurğuladı.
Şərhlər
Siyasət bölməsinin xəbərləri