Böyüklər üçün “Hakimiyyət”, uşaqlar üçün isə “Əjdahanı necə əhliləşdirmək-3?” filmlərinin Bakıda nümayışı keçirilib



“Hər bir zövqə uyğun kino” həftəsi “Park Cinema”da keçib.


Bu həftə “Park Cinema”da çox intensiv və maraqlı nümayişlər olub. “Hakimiyyət”,  “Əjdahanı necə əhliləşdirmək-3?” və canlı orkestr müşaiyəti ilə “Yeraltı” səssiz filminin nümayişləri keçirilib.


“Məncə, bu həftə “Park Cinema”nın nə qədər fərqli və hər bir zövqə uyğun filmlərinin nümayiş etdirməsini bir daha göstərəcək. Bizim repertuarımız və kontentimiz hər zaman rəngarəng və müxtəlif olub” – şəbəkənin piar-meneceri Rüstəm Fətəliyev bu tədbirlərdən öncə bildirib.


“Hakimiyyət”, rejissor Adam Makkeyin dramatik komediya janrında çəkilmiş bir filmdir. ABŞ vitse-prezidenti Dik Çeynini daha orqanik canlandırmaq üçün aktyor Kristian Beyl 30 kq yığıb. Digər rollarda Emi Adams, Stiv Karrell və Sem Rokuell çəkilib. “Hakimiyyət”, həftəsonu keçiriləcək “Oskar” gecəsində 8 nominasiyaya layiq görülüb.



“Əjdahanı necə əhliləşdirmək-3?”, rejissor Din Debluanın cizgi filmi, britaniyalı yazıçı Kressida Kouellin əsərlərin əsasında çəkilmiş növbəti filmdir. Bu dəfə Debluanın layihəsində Cey Baruşel, Keyt Blanşet, Kreyq Ferqyuson və digər tanınmış aktyorlar iştirak edib. Filmin müxtəlif anonslarında isə “Taxtlar oyunu” serialının ulduzu Kit Xarinqton da çəkilib.


 “Park Cinema” və “British Council” ilə birgə layihə çərçivəsində 1928-ci ilin “Yeraltı” filminin nümayişi keçirilib. Bu səssiz film Azər Hacıəsgərli orkestrinin canlı müşaiyəti ilə göstərilib.


“Park Cinema” IMAX 3D formatı ilə təchiz olunmuş Azərbaycanın yeganə kinoteatrlar şəbəkəsidir.


"Hakimiyyət" filminindən öncə fotossesiya:
































 


“Əjdahanı necə əhliləşdirmək-3?” filminindən öncə fotossesiya:






















 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri