BP operator olaraq elan edir ki, D230 bloku üzrə kəşfiyyat işləri proqramı çərçivəsində planlaşdırılan seysmik tədqiqat işlərinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir.
Görüş 5 mart 2019-cu il tarixində saat 10:00-12:00-dək “HOLIDAY INN” mehmanxanasının (ünvan: Bakı, Kövkəb Səfərəliyeva küçəsi 5), “Bakı 2” iclas zalında keçiriləcək.
Həmin sənədin nüsxələri və müvafiq rəy formaları 1 fevral 2019-cu il tarixindən ictimaiyyətin tanış olması və istifadəsi üçün aşağıdakı ünvanlarda da yerləşdirilib:
BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyli küçəsi 5; Qoqol küçəsi 2
Libraff kitab mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)
Bakı Ali Neft Məktəbinin kitabxanası: Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)
Bundan əlavə, sənədin tam layihə versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib:
https://www.bp.com/en_az/caspian/sustainability/environment/env-and-social-documentation.html.
BP həmçinin ictimaiyyətin nümayəndələrini sənədin layihə versiyası ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər həm görüş zamanı, həm də www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya esiafeedback@bp.com elektron ünvanına məktub göndərməklə təqdim oluna bilər.
Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova ilə əlaqə saxlamağınız xahiş olunur:
e-poçt: esiafeedback@bp.com; telefon: (012) 4046919 və ya (055) 2259013