Fransada tarixində nikahların sayı ən aşağı səviyyəyə enib



Fransada 2017-ci ildə 234 min nikah qeydə alınıb. Bunun 227 mini müxtəlif, qalan 7 mini isə eyni cinsdən olan şəxslər arasında bağlanıb.

LİVE.az Report-a istinadla xəbər ki, Fransanın Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutunun (İNSEE) son hesabatına görə, Fransa tarixində nikaha daxil olan cütlüklərin sayı ən aşağı səviyyəyə enib.

Nikaha girən cütlüklərin sayının Fransa tarixində ən aşağı qeydə alındığı il II Dünya müharibəsi bitdikdən dərhal sonra - 1946-cı il olub.

Rəsmi hesabatda Fransada nikahların azalmasına səbəb olan amillərdən ən başlıcası kimi 20-59 yaş arasında olan əhalinin sayının kəskin azalması göstərilir. Hesabatda bildirilir ki, nikaha girən kişilərin orta yaşı 38, qadınların yaşı 36-dır. Nikaha bağlayan şəxslərin üçdə ikisində kişilər qadınlardan yaşca böyük, qalan üçdə birində isə qadınlar kişilərdən böyükdür. 2013-cü il 17 may tarixində müvafiq qanun qüvvəyə mindikdən sonra, son ilə qədər Fransada eyni cinsdən olan şəxslər arasında 40 min nikah bağlanıb ki, bunun da 21 mini kişilər 19 mini isə qadınlar arasında olub.
Şərhlər
Dünya bölməsinin xəbərləri